Jirinovski eşşəyini satdı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçən il keçirilən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı aldığı eşşəyini satıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Jirinovski eşşəyi neçəyə satdığını deməsə də, onu bir fermerin aldığını bildirib.

Qeyd edək ki, 2012-ci ilin prezident seçkilərinin təbliğat kampaniyası zamanı Jirinovskinin reklam çarxında Liberal Demokrat lideri Rusiyanın durumunu qoşquya qoşulmuş və yeriməkdə çətinlik çəkən eşşəyə bənzətmişdi. Onun reklam çarxı böyunca eşşəyə bir neçə zərbə vurması isə heyvan hüquqlarını müdafiə təşkilatları tərəfindən etirazla qarşılanmışdı.

AzNews.az