Litva Azərbaycanın etirazlarını qulaqardına vurdu

Litva parlamentində Azərbaycanın etirazlarına baxmayaraq qondarma DQR-lə parlamentlərarası əlaqələr qrupu yaradılıb. delfi.lt xəbər verir ki, iclasa sədrlik edən Vitautas Qapşis qrupun yaradıldığını elan edərək istəyən hər kəsi qrupa dəvət edib.

Ancaq Litvanın keçmiş xarici işlər naziri Audronyus Acubalis bunun Litvanın xarici siyasətinə mənfi təsir göstərdiyini bildirib. Bununla bağlı Azərbaycan səfiri Litvanın Xarici İşlər Nazirliyinə nota təqdim edib.

Qrupun təsisçilərindən biri Danqute Mikutene Seymdə başqa qrupların da yaradıldığını vurğulayıb: "Litva demokratik dövlətdir, Seym üzvləri digər ölkələrin parlametləri ilə dostluq edə bilərlər, əgər həmin ölkələr rəsmi qaydada tanınmayıbsa da".

Elnarə Əlosmanqızı
AzNews.az