- Köhnə - Hadisə
- 15 Mart 2013 11:50
- 1 773
Sərnişin avtobusu qəza törətdi: ölən var

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun Şəmkirdən keçən hissəsində "İkarus" markalı sərnişin avtobusu ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobilin sürücüsü Ayxan Abbasov və sərnişini Samir Cəfərov hadisə yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.
AzNews.az