- Köhnə - Hadisə
- 15 Mart 2013 12:39
- 1 739
Beynəlxalq hüquq müdafiəçiləri Əvəz Zeynallıya baş çəkiblər

Nümayəndə heyətinə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Aleksandra Kulayeva rəhbərlik edir. Bu barədə Turan-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva məlumat verib. Nümayəndə heyəti təcridxananın əsasən qadınlar olan hissəsinə baxış keçirib.
Həmçinin hüquq müdafiəçiləri təcridxanada saxlanılan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər.
Onlar müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublu ilə görüşmək istəyiblər, lakin onlara bildiriblər ki, məhbuslar istintaq hərəkətləri ilə əlaqədar yoxdur.
Nümayəndə heyəti həbsdə olan siyasi fəalların və jurnalistlərin vəkilləri ilə görüşmək niyyətindədir. Sabah nümayəndə heyətinin səfəri başa çatır. Qonaqlar bir həftə ərzində müxtəlif görüşlər keçirərək Azərbaycanda vəziyyətlə tanış olublar
AzNews.az