- Köhnə - Hadisə
- 13 May 2018 19:03
- 5 854
Qazaxda qadın dərmandan zəhərləndi
Qazax rayonunda yerli sakin dərmandan zəhərlənib.
AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun 1972-ci il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Zamanova Hamaya Nəriman qızı yaşadığı evdə dərmandan zəhərlənib.
Xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.