Bakının mərkəzində binanın eyvanı uçuldu - Foto

Bakının mərkəzində binanın eyvanı uçulub.

Trend-in məlumatına görə, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.

AzNews.az

image description