- Köhnə - Hadisə
- 18 Mart 2013 10:06
- 1 690
Əkrəm Əylislinin oğluna daha bir qadağa
Bu barədə "Qafqazinfo"ya məlumat daxil olub. Əylislinin telelayihədən uzaqlasdırılmasının səbəbini öyrənmək üçün "Çto? Qde? Koqda?" proqramının Azərbaycan üzrə təmsilçisi Gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımovla əlaqə saxladıq. B. Qasımov açıqlamasında İlyas Naibovun layihədən uzaqlaşdırılmayıb, sadəcə komandasının dəyişdirildiyini deyib: "Əslində, bu qərar ötən ilin noyabr ayında verilib. Amma oyun mart ayına təyin olunmuşdu".
İ.Naibov-Əylislinin atası Ə.Əylislinin məlum "Daş yuxular"ı üzündən bu addımın atıldığını soruşduqda isə B. Qasımovun cavabı belə olub: "Biz siyasətdən uzaqıq".
Qeyd edək ki, "Çto? Qde? Koqda?" proqramının Azərbaycanda rus dilində yayımlanması da müxtəlif vaxtlarda müzakirə mövzusu olub. Azərbaycan teleməkanında Milli Teleradio Şurasının xarici dillərdə proqramların qanunla qadağan olunmasını bəyan etməyinə baxmayaraq bu yarışma hələ də yayımlanır.
AzNews.az