- Köhnə - Hadisə
- 23 May 2018 22:13
- 5 068
Lənkəranda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - Foto
Lənkəranda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2 yaşlı uşaq xilas edilib.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində bina 6, mənzil 6 ünvanında qeydə alınıb.
Məsələ ilə bağlı sakinlər tərəfindən aidiyyəti üzrə məlumat verildikdən sonra hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri gəlib. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra məlum olub ki, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2016-cı il təvəllüdlü Miray Vüqar qızı Hacızadədir.
Xilasedicilər nərdivandan istifadə etməklə pəncərədən mənzilə daxil olub, qapını açaraq M. Hacızadəni valideynlərinə təhvil veriblər.