Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb. Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

Üç yaşlı uşaq zəhərlənərək öldü

Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.

Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

AzNews.az