- Köhnə - Hadisə
- 12 İyun 2018 10:57
- 9 619
Bakıda ağır qəza: 3 nəfər öldü - Yenilənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş yol qəzası haqqında məlumat yayıb.
FHN-dən AzNews.az-a verilən məlumatda görə, Bakının Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
***
10:37
Bakıda ağır yol qəzası olub.
APA-nın məlumatına görə, paytaxtın Qaradağ rayonu ərazisində, Sahil yolunda “Kamaz” markalı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az