Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub. Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

Leysan yağışlar dağda uçquna səbəb oldu

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.

AzNews.az

image description image description