Balakəndə intihar hadisəsi baş verib Balakəndə intihar hadisəsi baş verib

51 yaşlı qadın intihar edib

Balakəndə intihar hadisəsi baş verib




Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb.

Qullar kənd sakini, 1962-ci il təvəllüdlü Ağcayeva Mehriban Səyidbəy qızı naməlum səbəbdən özünü yaşadığı evin zirzəmisində asaraq intihar edib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az