- Köhnə - Hadisə
- 30 İyun 2018 23:17
- 5 224
Qadın baldızını xəstəxanalıq etdi

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, Suluçeşmə kəndində 1959-cu il təvəllüdlü yerli sakin Məmmədova Gülxas Sahib qızı qardaşının həyat yoldaşı tərəfindən döyülüb.
Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az