“Facebook”da porno həyəcanı

“Bu cür videoların burada yeri yoxdur"


Milyonlarla insanın istifadə etdiyi "facebook" sosial şəbəkəsində maraqlı hadisə baş verib. Belə ki, istifadəçilərdən biri öz profilində uşaq pornosu məzmunlu videonu dostları ilə bölüşüb. Onun ardınca da həmin videonu 16. 000 nəfər zaman tunelində paylaşıb. Bu paylaşımlar sosial şəbəkədə 4.000 istifadəçi tərəfindən bəyənilib.

Cümə axşamı gecə saatlarında paylaşılan porno video demək olar ki, bütün dünyada yayımlanıb və səhəri gün erkən saatlarda "facebook"un markalanma xüsusiyyəti sayəsində insanların şəxsi xəbər bölmələrində yer alıb. Buna görə də yuxarıda da qeyd etdiyimiz kimi sözü gedən video minlərlə dəfə paylaşılıb. Sevindirici haldır ki, "facebook" rəhbərliyi bu videonun varlığını tez hiss edib. Şəbəkə tərəfindən video insanların zaman tunelindən götürülüb və bir çox istifadəçiyə xəbərdarlıq yollanıb.
Qeyd edək ki, öz zaman tunelində bu videonu paylaşan minlərlə insan "facebook"un bu funksiyasına reaksiyasını "twitter"də dilə gətirib.

Mövzu ilə bağlı olaraq bir "facebook" sözçüsü belə deyib: "Biz "facebook"a uşaqlara aid porno görüntülərə və uşaq istismarı ilə bağlı yüklənən mövzulara qarşı çox həssas davranırıq. Belə hərəkətləri normal qarşılamırıq. Bu cür hərəkətlərin qarşısının alınması üçün də lazımı tədbirləri görürük. Tərəfimizdən "facebook"da mövcud olan proqramın belə mövzulardakı paylaşımları sürətli şəkildə bizi xəbərdar etməsindən və onların dərhal silinməsindən çox xoşbəxtik. Heç bir şey "facebook" sosial şəbəkəmizi istifadə etmək istəyən insanların təhlükəsizliyindən daha əhəmiyyətli deyil və bu cür videoların burada yeri yoxdur".

Xəyalə Məmmədova
AzNews.az