Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Salyanda mikroavtobus aşıb, 10 nəfər...

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.