Bakı metrosunda xoşagəlməz hadisə - Qatar adam vurdu

Bu saatlarda Bakı metrosunda xoşagəlməz hadisə baş verib.

Hadisə saat 13:00 radələrində metronun Neftçilər stansiyasında baş verib. Platformaya daxil olan qatar sərnişinlərdən birini vurub.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib:

“Qatar Neftçilər stansiyasına daxil olan anda sərnişin 1996-ci il təvəllüdlü Orxan Qurbanov önə keçmək istəyib. O, həmin anda hüdud xətini keçib, qatarın güzgüsü onun qoluna dəyib və yıxılıb. Təcili yardım çağırılıb, tibbi yardım göstərilib”

Bahar RÜSTƏMLİ
AzNews.az

.