Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın dörd rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın dörd rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

4 rayonda qaz olmayacaq

Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın dörd rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq



Təmir işləri ilə əlaqədar olaraq, 29 mart 2013-cü il tarixdə saat 09:00-dan 17:00-dək "Quba" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək "Şimal DRES" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 18:00-dək isə "Ucar", "Qazax", "Lənkəran", "Xarxatan" Qazpaylayıcı stansiyaları və "Ağköynək", "Əskipara", "Qazaxbəyli" Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Qazax, Quba, Lənkəran rayonlarına, eləcə də Xəzər rayonunun Mərdəkan və Buzovna qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az