Bakının mərkəzində bina yanır-YENİLƏNİB

Bakının mərkəzində yanğın başlayıb



Bakının Süleyman Rəhimov küçəsində tikilməkdə olan binada başlayan yanğın həmin əraziyə bitişik olan bazara keçərək bu ticarət obyektini demək olar ki, məhv edib.

Bu barədə AzNews.az-ın hadisə yerində olan müxbiri məlumat verir. Məlumata əsasən, yanğının söndürülməsi üzrə tədbirlər davam edir. Hazırda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov və Bakı metropoliteninin rəisi Tabı Əhmədov hadisə yerindədirlər.

28 may metrosunun yaxınlığında piyadaların hərəkəti məhdudlaşdırılıb. Xüsusilə də metronun yuxarı hissəsinə, topdansatış mağazaların olduğu əraziyə piyadaların getməsinin qarşısı alınır.

***

Yanğın paytaxtın Xətai prospektində dəmiryolu vağzalının arxasındakı tikililərdən birində başlayıb.

Ərazidə təcili tibbi yardim maşınları var. Bu isə yanğında xəsarət alanların olması barədə fikir yaradır. AzNews.az əməkdaşı xəbər verir ki, bundan başqa əraziyə çox sayda Fövqladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb edilib.

İlkin məlumata görə, yanğına binada işləyən fəhlələrin məsuliyyətsizliyi səbəb olub.

Hazırda 10 yanğınsöndürən maşın hadisə yerindədir, yanğının Dəmiryol Vağzalına keçməsinin qarşısı alınır.

Hadisə barədə ətraflı məlumat verəcəyik.

Mahir
Elnarə
AzNews.az
image description image description image description image description