Nazirlik yanğınla bağlı məlumat yaydı



AzNews.az-ın FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda Mirəli Qaşqay 5 ünvanında tikilməkdə olan binanın 6-cı mərtəbəsində taxta qəliblərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları yanğının söndürülməsi istiqamətində işlər aparıb. Əlavə məlumat veriləcək.

AzNews.az