Fövqəladə Hallar Nazirliyi martın 29-da Bakı şəhərinin Nəsimi rayonunda baş vermiş iri yanğın hadisəsi ilə bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi martın 29-da Bakı şəhərinin Nəsimi rayonunda baş vermiş iri yanğın hadisəsi ilə bağlı məlumat yayıb

FHN-dən yanğınla bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi martın 29-da Bakı şəhərinin Nəsimi rayonunda baş vermiş iri yanğın hadisəsi ilə bağlı məlumat yayıb



AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, "AMİN" MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kvadrat metrm sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan altı otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kvadrat metr sahədə yanıb.

Bundan başqa vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus "Skoda" markalı minik avtomobilinin yanar hissələri də yanıb. Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub.

Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yanğınını söndürülməsinə kömək edib.


AzNews.az