Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Kürdəmirdə ferma yanıb

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Ərəb Qubalı kəndində ümumi sahəsi 1670 m² olan fermanın 1165 m² sahəsi yanıb. Hadisə yerinə yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Onların səyi nəticəsində fermanın qalan hissəsi və yaxınlıqda yığılmış ot bağlaması yanğından mühafizə edilib.

Kənd sakinlərinin sözlərinə görə, yanğına səbəb elektrik çərəyanında yaranan qısa qapanma olub.

Bahar RÜSTƏMLİ
AzNews.az