Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

AzNews.az