Bu gün Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaratmaqla yanaşı, qəzalara da səbəb olub Bu gün Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaratmaqla yanaşı, qəzalara da səbəb olub

Yağış Bakıda zəncirvari qəzaya səbəb oldu

Bu gün Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaratmaqla yanaşı, qəzalara da səbəb olub



Növbəti zəncirvari qəza Ziya Bünyadov prospektinin "Dərnəgül yolu" adlanan ərazisində baş verib.

Prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, "Çermet" adlanan ərazidə 4 avtomobil bir-biri ilə toqquşub. Yolun həmin ərazidən keçən hissəsində yağış suyunun axarı olmadığından küçədə yığılması yolu sürüşkən edib. Nəticədə nəqliyyat vasitələrinə ciddi xəsarət dəyib.

Qeyd edək ki, qəzaya uğrayan nəqliyyat vasitələrindən ikisinin "Qazel" markalı mikroavtobus olduğu bildirilir.

Azər
AzNews.az