Çaylarda suyun səviyyəsi azalır Çaylarda suyun səviyyəsi azalır

Təhlükə sovuşdu

Çaylarda suyun səviyyəsi azalır



Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-150, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan çaylarında isə normanın 10 faizini təşkil edir. Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 287 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 1,7 dəfə bir çox olmaqla 474 m3/s və ongünlük normanın 67 faizini təşkil edir.

Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 175 m3/s təşkil etməklə ongünlük normanın 98 faizinə bərabər olub.

Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Şirvanda 12 sm, Salyanda 12 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.

Elnarə
AzNews.az