Tovuzda qadının, Bakıda isə kişinin üzərində narkotik aşkar edildi

Tovuz rayon sakinindən marixuana, Bakı sakinindən isə heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ellada Tağıyevadan 2 kiloqram 140 qram marixuana götürülüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Əliyevdən 273,179 qram heroin götürülüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az