Tələbə və məzunlar üçün yarmarka keçiriləcək

Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində ənənəvi VIII "Məzun - 2013" ümumrespublika yarmarkası keçiriləcək.

Universitetdən verilən məlumata görə, yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Yarmarkada 95-dən çox dövlət qurumları, yerli və xarici şirkətlər 800-dən artıq vakant iş yeri təqdim edəcək. Yarmarkada tələbələr və təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər.

AzNews.az