““Azərbaycan saatı” proqramı yəqin ki, bu həftədən yenidən həmişəki saatında Medya TV-nin efirində olacaq” ““Azərbaycan saatı” proqramı yəqin ki, bu həftədən yenidən həmişəki saatında Medya TV-nin efirində olacaq”

“Azərbaycan saatı“ efirə qayıdır

““Azərbaycan saatı” proqramı yəqin ki, bu həftədən yenidən həmişəki saatında Medya TV-nin efirində olacaq”




Bu barədə məlumatı AzNews.az-a "Azərbaycan saatı" verilişinin qurucusu, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid verib.

Q.Zahid bildirib ki, o özü hazırda əsasən yeni kanalın quruculuq işləri ilə məşğul olur. "Azərbaycan saatı"nın fəaliyyətinin bərpası ilə isə digər dostları maraqlanır. Baş redaktorun sözlərinə görə, çalışırlar ki, yeni kanalı yay aylarının sonundan etibarən yayıma hazırlasınlar.

Q. Zahid onu da əlavə etdi ki, sabah bu məsələ ilə bağlı daha geniş açıqlama verəcəklər.

Qeyd edək ki, "Azərbaycan Saatı" proqramı ötən həftə yayımını dayandırmışdı. Qənimət Zahid bildirmişdi ki, Azərbaycan hökuməti özünün diplomatik resurslarını yalnız "Azərbaycan Saatı"nın üzərinə fokuslaşdırdığı üçün veriliş fəaliyyətini bir müddət dayandırıb.

Anar
AzNews.az