Gülər Əhmədova ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək

Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayətini təmin etməyib

Bu barədə məlumatı AzNews.az-a G. Əhmədovanın vəkili Raqif Mustafayev verib.

Vəkil bildirib ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərara əsasən apelyasiya şikayəti təmin olunmayıb. Bundan sonrakı addımlara gəlincə isə vəkil Avropa Məhkəməsinə müraciəti istisna etməyib: "Gülər xanımla bu barədə məsləhətləşəcəyik. Çıxış yolu ancaq Avropa Məhkəməsinə müraciət etməkdir".

Elnarə
AzNews.az