- Köhnə - Hadisə
- 17 May 2013 21:49
- 2 181
Aeroport yolunda qəza - sürücünün çənəsi qırıldı

Aznews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə gorə , yüksək sürətlə hərəkət edən 27 BG 791 dövlət nömrə nişanlı VAZ 21-07 markalı avtomobil 90 HE 964 nömrə nişanlı "Mercedes"ə arxadan çırpılıb. Hadisə nəticəsində avtomobillər yararsız hala düşüb. VAZ 21-07-nin sürücüsü və onun yanındakı xanım xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Sürücünun çənəsinin sındığı bildirilir.
Azər
AzNews.az