Qəfil yağan yağış “Ümid“i ümidsizliyə düçar etdi - VİDEO

Dünən saat 18.00 radələrində Qaradağ rayonu Ümid qəsəbəsinə yağan qəfil yağış yaşayış yerinin əsas yolunu keçilməz edib. 130-dan çox ailənin məskulaşdığı qəsəbədə sakinlərinin sözlərinə görə, leysan 20-dən çox evi suya qərq edib.

Qaradağ rayon İH başçısının I müavini Mahmud Bünyadov da ərazidə idi. O, mövcud vəziyyətlə bağlı kompleks tədbirlərin görüləcəyini bildirdi: "Artıq yağış kəsildiyi məqamdan burada suyun səviyyəsi düşür. Elə bir güclü fəsad yoxdur. Evlərin içərisinə su dolmaq təhlükəsi yoxdur. Suyun həcminin çox olduğu üçün kanalizasiyalar da suyu götürə bilmir. Tədricən su azaldıqca da hər şey öz qaydasına düşür".

Hələlik isə sakinlərə ümid etmək qalır ki, qəsəbəyə pənah gətirən leysan suları axıb öz çuxurunu tapacaq.//anspress//

AzNews.az