Bakının Xətai rayonunda, Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında yanğın olub Bakının Xətai rayonunda, Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında yanğın olub

Bakıda dəmir yolu xəttinin yaxınlığında yanğın

Bakının Xətai rayonunda, Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında yanğın olub




APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ağaclıq ərazidə 100 kvadrat metr sahəni əhatə edib.

Yanğın əraziyə cəlb edilən yanğınsöndürənlər tərəfindən söndürülüb. Dəmir yolu xəttinin elektrik naqilləri yanğından mühafizə olunub.

Yanğına ərazidən keçən təbii qaz xəttində yaranan qaz sızmasının səbəb olduğu bildirilir.

AzNews.az