Bakı Beynəlxalq Avtovağzalına sərnişin avtobusları və avtomobillərin girişində problemlər yaranıb. Bakı Beynəlxalq Avtovağzalına sərnişin avtobusları və avtomobillərin girişində problemlər yaranıb.

Bakı avtovağzalını su basdı

Bakı Beynəlxalq Avtovağzalına sərnişin avtobusları və avtomobillərin girişində problemlər yaranıb.




Bu barədə AZNEWS.AZ-a avtovağzalda yaranan bu problemdən əziyyət çəkən sürücülər məlumat verib. Məlumata görə, Bakı Metropoliteninin avtovağzal ərazisindəki yeni stansiyasının inşaatında işləyən ekskavator vağzal ərazisindən keçən su xəttini dağıdıb.

Nəticədə yaranan güclü su axını avtovağzala giriş-çıxışı dayandırıb. Sürücülər bildiriblər ki, hazırda avtovağzaldan ölkənin rayonlarına işləyən sərnişin avtobuslarının vağzala girişi mümkün deyil. Ərazidə uzun avtobus tıxacı yaranıb. Yüksək təzyiqlə axan su Biləcəri dairəsində də böyük gölməçələr yaradıb.

Onu da qeyd edək ki, hazırda qəza baş verən əraziyə xüsusi briqada cəlb edilib. Dağılmış borunu isə bərpa etmək hələ də mümkün olmayıb.


AzNews.az