- Köhnə - Hadisə
- 27 May 2013 10:22
- 1 674
Sabah Bakıda atəşfəşanlıq olacaq
Respublika Günü münasibətilə konsert olacaq
Sabah Bakıda Respublika Gününün 95 illiyinə həsr olunmuş bayram konserti və atəşfəşanlıq olacaq.
Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətindən bazar ertəsi bildirilib ki, mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti şəhər sakinlərini bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
AzNews.az