Əsgər ailəsi magistral yolu bağladı – Özəl

“Tabor komandirinin istintaqa cəlb olunmasını tələb edirik”




Bərdə-Ağdam-Tərtər magistralı bağlandı.

AzNews.az-a daxil olan məlumata görə, magistral "Dörd yol" adlanan ərazidən keçən hissəsindən bağlanıb. Hərəkət tamamilə məhdudlaşdığından ərazidə maşın sıxlığı yaranıb. Hadisəyə səbəb mayın 30-da Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Samir Vaqif oğlu Mehdiyevin ölüm faktının istintaqından narazı olan əsgər yaxınlarının yolu kəsməsidir.

Əsgər Samir Mehdiyevin qardaşı Müşfiq Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, hadisə yerinə gələn polislər onları dağıtmağa çalışsa da, 20 dəqiqədən artıq yolu bağlı saxlamağa nail olublar. Onlar qardaşının istintaqının ədalətli aparılmasını, qatillərin cəzalandırılmasını tələb edirlər:

"Qardaşımın ölümündə şübhəli bildiyimiz, əleyhinə 17 nəfərin ifadə verdiyi bir şəxsin həbs olunması, ya da ifadəsinin alınmaması istintaqın nəticəsinin ədalətli olacağına şübhə yaradır. Biz əsas şübhəli şəxsin - tabor komandiri Z.Abdullayevin istintaqa cəlb olunmasını tələb edirik".

Ruhiyyə
AzNews.az