Bakı bulvarında həyəcanlı anlar

Bakı bulvarında suda batma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər dənizin nəzarət olunmayan hissəsində suda batma təhlükəsi ilə üzləşib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az