Səddam Hüseynin cəlladı öldürüldü

Onun hansı səbəbdən öldürülməsi gizlədilir

İraqın eks-prezidenti Səddam Hüseyninin edamını həyata keçirən şəxs - cəllad öldürülüb. Söhbət Məhəmməd Hasif Əl-Malikidən gedir. Onun hansı səbəbdən öldürüldüyü gizlədilir.

Səddam Hüseynin edamından sonra Maliki baş nazirin təhlükəsizlik xidmətində serjant vəzifəsi daşıyıb.

Qeyd edək ki, Maliki Səddam Hüseynin başına qara torba taxan və edam mərasimində iştirak edən əsas cəlladlardan biri olub.

Məlumat üçün deyək ki, İraqın keçmiş lideri Səddam Hüseyn 30 dekabr 2006-cı ildə müsəlmanların ən müqəddəs günlərindən biri sayılan Qurban bayramı günü edam edilib.

Aynur Hüseynova
AzNews.az