Məşhur aktyor qəzaya düşdü

Fransadan üz döndərib Rusiyada yaşamaq qərarına gələn məşhur aktyor Jerar Depardye Moskvada qəzaya düşüb.

"Известия" xəbər verir ki, aktyor taksi ilə toqquşan mikroavtobusda olub. Hadisə iyunun 23-də baş verib.

Depardye və film çəkilişindən qayıdan dostlarının düşdüyü qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Elnarə
AzNews.az