Qaçqının evi yandı, təsərrüfatı məhv oldu


Elektrik xəttinin qırılaq ot tayasının üstünə düşməsi yanğına səbəb olub. Nəticədə məcburi köçkünlərin məskunlaşdığı ev də alışıb.

Hadisə Bərdə rayonunun Çəmənli kəndi ərazisindəki qəsəbədə baş verib. Ot bağları quru olduğundan alov qısa zamanda genişlənərək ərafı bürüyüb. Kəlbəcərdən olan məcburi köçkün Bəndalı İsbəndiyarova məxsus ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının baş verdiyi vaxt evdə ailə üzvləri olsa da, xoşbəxtlikdən yanğın yüngül xəsarətlə ötüşüb.

Evdən qatı tüstü çıxdığını görən qonşular dərhal mənzilin qapısını sındıraraq ev əşyalarının çıxarmağa cəhd ediblər. Ancaq qatı tüstü və güclü alov buna imkan verməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğının yaxınlıqda yerləşən tövləyə də keçib. Hadisə zamanı 4 baş keçi, 50-dən çox evi müxtəlif növ ev quşları, 1 ton taxıl və 500 kq arpa, o cümlədən 1500 ədəd ot bağı yanaraq kül olub.

Çıxılmaz vəziyyətə qalan məcburi köçkün ailəsi isə evin yenidən bərpası üçün dövlət qurumlarından kömək istəyir.

Ruhiyyə
AzNews.az