- Köhnə - Hadisə
- 3 İyul 2013 11:05
- 2 639
Məcburi köçkünlər Şəki-Oğuz-Bakı yolunu bağladılar
"Azadlıq" radiosunun məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı evlərə təxminən 60-70 sm hündürlüyündə su yığılıb. Vəziyyətin gərgin olduğunu və aiddiyyatı qurumların buna biganə yanaşdığını bildirən köçkünlər çıxış yolunu Şəki-Oğuz-Bakı yolunu bağlamaqda görüblər. Dərhal hadisə yerinə gələn rayon İcra Hakimiyyəti nümayəndələrinin təkidləri və vədləri nəticəsində yol nəqliyyatın hərəkəti üçün açılıb.
Sel nəticəsində bir çox insan gecəni açıq havada keçirib.
Yerli sakinlər bildirirlər ki, xeyli sayda bostan sahəsi və 20 hektardan çox taxıl zəmisi yararsız hala düşüb. Sel zamanı bir sıra avtomobil də selin qurbanına çevrilib.
Məcburi köçkünlər vəziyyətin dəyişməyəcəyi təqdirdə yolu yenidən bağlayacaqlarını bildiriblər.
Əraziyə polis qüvvələri gətirilib.
AzNews.az