Sabir Rüstəmxanlı Morninqstarı təbrik edib

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı bu ölkənin müstəqillik günü münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, deputat təbrik mətnində deyilir ki, ABŞ İstiqlal Bəyannaməsinin qəbulu təkcə Amerika xalqı üçün deyil, bütövlükdə dünya üçün yeni bir mərhələnin başlanğıcı olub:

"Əsl müstəqilliyin, demokratik dəyərlərin insanların və dövlətin taleyində misilsiz rolunu ABŞ öz nümunəsi ilə bütün xalqlara göstərdi. Az müddətdən sonra isə ABŞ insan haqlarının, demokratiyanın beşiyinə, daşıyıcısına və himayədarına çevrildi və bu fakt da dövlətinizin qüdrətini şərtləndirdi".

Deputatın sözlərinə görə, Amerika xalqı həm də insan haqlarına göstərdiyi sayğıya, fundamental azadlıqların keşikçisi olmasına görə böyükdür.

Anar
AzNews.az