Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Temperatur gecə 20-23°, gündüz 30-35° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.

AzNews.az