Dövlət sərhəddini pozan 43 nəfər saxlanılıb

İyun ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 33 halda 43 nəfər saxlanılıb.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 23 nəfər Azərbaycan, 6 nəfər Özbəkistan, 5 nəfər Moldova, 4 nəfəri Əfqanıstan, 2 nəfəri Nigeriya, hər ölkədən 1 nəfər olmaqla İran, Rusiya və Gürcüstan vətəndaşı olub. Rejim qaydalarını pozarkən quru sərhədlərində 8 halda 17 nəfər, Xəzər dənizində isə 37 halda 51 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 177 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 9 kq 6,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə tədbirləri nəticəsində isə 57 halda ümumi dəyəri təqribən 63 min manat təşkil edən qaçaqmal tutulub.

AzNews.az