Qubada müdhiş olay

Bir gecədə 4 mağazanı yardılar

Quba rayonunun İkinci Nügədi kəndində bir gecədə 4 mağaza yarılıb. Hadisə iyulun 8-də baş verib.

AzNews.az-a rayondan verilən xəbərə görə, Əzim Atakişiyev, Qədim Mikayılov, Əziz Yunisov və Əlibaba Kəlbiyevə məxsus mağazalardan 1000 manat pul, danışıq konturu və ərzaq məhsulu oğurlanıb.

Məlumata görə, mağazalardan 3-ü super marketdir.

Oğurluq edən şəxslərin kimliyi müəyyənləşdirilməyib. Quba rayon Polis İdarəsində onların kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri davam edir.

Ruhiyyə
AzNews.az