- Köhnə - Hadisə
- 15 İyul 2013 15:09
- 761
Məhkəmədə “Binə“ məhbusları ilə polislər üzləşdirildi

Prosesdə məhbuslarla polislər üzləşdirilib. İlkin dinləmələr zamanı Binə hadisələri zamanı həbs olunanların əksəriyyəti bu hadisələrdən peşman olduqlarını ancaq bunların həmin aksiyada iştirakını hər hansı don geyindirmənin əleyhinə olduğunu deyiblər. Binə hadisələrində təqsirli bilinənələr qeyd ediblər ki, onlar məcburiyyət qarşısında qalıb ailələrinə çörək pulu apara bilmədiklərinə görə, yola çıxıblar.
Qaradağ Rayon Məhkəməsindən onu da bildiriblər ki, növbəti proses gələn həftənin birinci günü keçiriləcək.
Qeyd edək ki, məhkəmədə kuryozlu faktlar aşkarlanıb. Anonim bir mənbədən alınan bilgiyə görə, İsmayıllıdan olan bir məhbus bildirib ki, onun Binə aksiyalarına, ümumiyyətlə Binə bazarına heç bir aidiyyatı olmadığı halda həbs olunub. "O, Binə bazarına paltar almaq üçün gəlib. Həmin ərəfədə həmin adamın toyu olmalıymış. Aksiya zamanı polislər onu saxlayıb. Bu müddət ərzində həbsdə qalıb. O, polisə müraciət edərək bildirib ki, axtarsınlar, araşdırsınlar ki, onun başqa günahı varmı? Sadəcə onun günahı Binə bazarına paltar almağa gəlməyi olub".
AzNews.az