- Qərb
- 12:51
- 2 599
Politico: Magyar Avstriya-Macarıstan İmperiyasını yenidən xəritəyə salmaq istəyir
Seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Magyar Mərkəzi Avropanın təsirini gücləndirməyi planlaşdırır və bu istiqamətdə Avstriya-Macarıstan İmperiyasının tarixi irsinə istinad edir.
Bu barədə "Politico" qəzeti məlumat yayıb.
“Əvvəllər bizim ortaq dövlətimiz var idi və Avstriya Macarıstanın əsas iqtisadi tərəfdaşlarından biridir. Tarixi, mədəni və iqtisadi səbəblərə görə Macarıstan ilə Avstriya arasında münasibətləri gücləndirmək istəyirəm,” – deyə Magyar seçkidə qələbədən sonra bildirib.
Məlumata görə, Madyar Budapeştin Avropa İttifaqı ilə münasibətlərini Mərkəzi Avropa ölkələrinin birliyi çərçivəsində yenidən qurmağı planlaşdırır. O qeyd edib ki, bu ölkələr miqrasiya, enerji və iqtisadiyyat məsələlərində oxşar mövqeləri bölüşür.
Mövsüm,
AzNews.az