- Paytaxt
- 15:03
- 1 776
Müharibə veteranı statusu ilə bağlı YENİ TƏKLİF
Minatəmizləmə fəaliyyətində iştirak edən şəxslərə müharibə veteranı statusunun verilməsi təklif olunur.
AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlara təklif edilən dəyişik layihəsinin müzakirəsində deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə bu təklifə cavabında bildirib ki, humanitar minatəmizləmə döyüş əməliyyatları bitəndən sonra icra edildiyindən müharibə veteranı statusunun verilməsi onlara şamil edilməyəcək.