- Köhnə - Hadisə
- 15 İyul 2013 18:32
- 809
Daha üç gənc həbs edildi

Gənclər Fəvvarələr meydanında, "Makdonalds" kafesi yaxınlığında kitab oxumağın məşhurlaşdırılması üçün aksiya keçirərkən saxlanılıblar, bu barədə Turan-a AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib.
Onun sözlərinə görə, aksiya videoya çəkilirdi. Aksiya yoldan keçənlərin diqqətini cəlb etdiyi üçün polis iştirakçıları saxlayıb.
Polisdən şərh almaq mümkün olmayıb.
Son məlumata görə, "Fəvvarələr meydanı"nda saxlanılan gənclər sərbəst buraxılıb.Bəlli olub ki, saxlanılarkən Tural Şəkərlinin əlində "NİDA"çıların həbsinə etiraz bildirən plakat da olub.
AzNews.az