- Köhnə - Hadisə
- 16 İyul 2013 08:42
- 2 131
Polis rəisinin evi yandı- Zaqatalada

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Nazim Hikmət küçəsi 73 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən Rövşən Baliyeva məxsus, ümumi sahəsi 165 kv. m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 1-ci mərtəbəsinin tavanı yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, zərərçəkən Rövşən Baliyev Balakən rayon Dövlət Yol Polisi bölməsinin rəisidir.
AzNews.az