- Köhnə - Hadisə
- 18 İyul 2013 11:55
- 642
Qadınları fahişəliyə cəlb edən 3 nəfər saxlanıldı- Bakıda

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müəyyən edilib.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakinləri Aygün Əlizadənin və Səadət Əlizadənin gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.
Aşkar edilən faktlar üzrə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az