- Köhnə - Hadisə
- 21 İyul 2013 12:55
- 2 248
Həftənin ilk iş günü hava yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28° isti olacaq.
Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.
AzNews.az